"Sərhədlərimizdə qeyri-qanuni yollarla Yunanıstana qaçmağa cəhd edən 10 nəfər tutulub. Həbs edilənlərdən 9-nun müəllimlik, tibb bacısı kimi vəzifələrindən uzaqlaşdırılan FETO terror təşkilatı üzvü olduğu müəyyən edilib".
AzNews.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında qeyd edilib.
Həmçinin bildirilib ki, Suriya sərhədində Türkiyə ərazisinə daxil olmağa cəhd edən 1 nəfər yaxalanıb. "Saxlanılan şəxsin PKK/YPG terror təşkilatının üzvü olduğu müəyyən edilib".
Pərvanə