Tamila Taşeva Krımda hərbi-siyasi vəziyyətlə bağlı brifinq keçirib

8 Dekabr 2022 17:03 (UTC+04:00)

Ukrayna Prezidenti Volodimir Zelenskinin Krım Muxtar Respublikasındakı daimi nümayəndəsi Tamila Taşeva Prezident Aparatında Krımda hərbi-siyasi vəziyyətlə bağlı brifinq keçirib.

AzNews.az xəbər verir ki, brifinqdə Rusiya Federasiyasının genişmiqyaslı təcavüzünün ilk günlərdən işğal olunmuş Krımın gündəlik həyatına təsir etdiyi bildirilib.

Qeyd olunub ki, Krımda dövlət sifarişi ilə bütün sosial obyektlərin tikintisi dayandırılıb. Buna səbəb isə sement və beton tədarükünün olmaması olub.

Həmçinin vurğulanıb ki, Rusiyanın Ukraynanın Krımla bağlı bəyanatlarına reaksiyalarının sayı artır. Əvvəllər belə reaksiyalar demək olar ki, qeydə alınmırdı.

Pərvanə