Krem bilib, üzümüzə civə sürtürük?

9 Dekabr 2022 11:00 (UTC+04:00)

ABŞ-da bir qadın ağardıcı üz kremi istifadə etdiyinə görə görmə qabiliyyətini itirib.

Qısa müddətdə ən yaxşı nəticə əldə etmək istəyənlərin üstünlük verdiyi bu cür kremlər hansı riskləri daşıyır?

Aznews.az xarici mediaya istinadla xəbər verir ki, bu kremlər bəzən dəri xərçənginə səbəb olmaqla, bağırsaq sistemininə də mənfi təsir edə bilər.

Dərini ağardan məhsullar təhlükə mənbəyidir.

Dəriyə qulluq məhsulları bir çox insan üçün əvəzolunmaz hala gəlib. Gözəlləşmək üçün ağardıcı kremdən istifadə edərkən bu məqama diqqət etmək mütləqdir. Bu kremlərin tərkibində civə var.

Kremlərin tərkibindəki civə ilə bağlı mütəxəssislər xəbərdarlıq edir: “Eşitmə və görmə itkisinə səbəb ola bilər. Böyrək çatışmazlığına gətirib çxarar. Əzələ zəifliyini, uyuşma və saya bilməyəcəyimiz qədər çox mənfi fəsadlar törədə bilər. Civəli kremlərdən uzaq durun!

Nuray

AzNews.az