Ukrayna Təhlükəsizlik Xidməti (SBU) əməliyyatında "Agent Pişik"

9 Dekabr 2022 12:36 (UTC+04:00)

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) bəyanat yayaraq ölkənin əvvəllər işğal olunmuş şərq bölgələrindəki Rus Pravoslav Kilsələrində aparılan axtarışlar zamanı Rusiya pasportları, Rusiyanın dəstəklədiyi Luqansk və Donestk Xalq Cümhuriyyətlərini təmsil edən bayraq və separatçı materialların ələ keçirildiyini açıqlayıb.

Aznews.az xəbər verir ki,SBU həmçinin Xersonda rus pravoslav keşişlərinin Rusiya hökuməti və işğalçı hakimiyyət orqanları ilə əməkdaşlıq etdiyini göstərən sənədlər tapdığını iddia edib.

Bununla belə, SBU-nun bəyanatında diqqəti çəkən məqam yayımlanan foto olub. Əməliyyatda kimin iştirak etdiyini göstərən fotoda agentlərin üzləri gizlədilib və “SBU işçisi” kimi tanınan 7 nəfər yer alıb.
Üzü gizlədilənlər arasında yer alan Pişiyin kəşfiyyat əməliyyatında hər hansı rol oynayıb-oynamadığı bəlli deyil.

Lakin sosial şəbəkədə fotoya çoxlu şərhlər gəlib. Sosial şəbəkə istifadəçiləri tərəfindən "Agent Pişik" kimi şərh edilən fotoda pişiyin üzünün gizlədilməsi maraq doğurub.

Mövsüm