Ərdoğan: "Türkiyə böhranın deyil, həllin tərəfindədir"

9 Dekabr 2022 13:26 (UTC+04:00)

Prezident Rəcəb Tayyib Ərdoğan TRT World Forum 2022-nin açılışında çıxış edib.

AzNews.az xəbər verir ki, o taxıl dəhlizi ilə bağlı mesajlar verib.

"Rusiya-Ukrayna müharibəsi verdiyi ağır itkilərlə yanaşı, region və dünya üçün ciddi insani, iqtisadi və siyasi xərclər yaratdı. Müharibədə qalib, sülhdə uduzan yoxdur prinsipi ilə sıx diplomatik trafik həyata keçirdik. Biz dünyaya nümunə olacaq sülh diplomatiyasına imza atdıq. Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi də ölkəmizin vasitəçiliyi ilə baş tutub. Böhranı həll etmək üçün mənim bazar günü cənab Putinlə və yenə də cənab Zelenski ilə görüşüm olacaq. Biz bu taxıl dəhlizindən, taxıl anbarından bu imkanları inkişaf etməmiş ölkələrə göndərmək istəyirik. Taxıl dəhlizində böhrandan çıxmaq ölkəmizin təşəbbüsləri sayəsində ola bilər. Türkiyə böhranın deyil, həllin tərəfindədir", - deyə R.T. Ərdoğan bildirib.

Pərvanə