Çavuşoğlu: Avropa qitəsi bu günlərdə böyük problemlər yaşayır

9 Dekabr 2022 14:41 (UTC+04:00)

"Avrupa İttifaqına üzvlüklə bağlı proses Aİ-dən asılı olan səbəblərdən dayanmış olsa da, biz Avropa qitəsinin bir parçasıyıq".

AzNews.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

"Bu qitə bu günlərdə böyük problemlər yaşayır. 5 il əvvəl kim deyərdi ki, 1 il əvvəl Avropanın ortasında müharibə olacaq. Bu müharibədən asılı olmayaraq, bütün dünyaya təsir edən böhranların, sınaqların Avropaya bu qədər güclü təsir etdiyini görürük. İqtisadi böhranlar, enerji və ərzaq böhranı bunu daha da dərinləşdirib",- deyə nazir bildirib.