Castillo Meksikadan sığınacaq almaq istəyib

9 Dekabr 2022 14:54 (UTC+04:00)

Meksika prezidenti Andres Manuel Lopez Obrador bildirib ki, Perunun keçmiş prezidenti Pedro Castillo ölkəsindən sığınacaq istəyib.
Milli Sarayda gündəlik mətbuat konfransında danışan Obrador, Castillo-nun ona zəng edərək sığınacaq istədiyini bildirdi."Mən sığınacaq ənənəmizə uyğun olaraq səfirliyin açılması barədə göstəriş verdim, lakin tezliklə polis və vətəndaşlar səfirliyi mühasirəyə aldılar. Düşünürəm ki, onu saxlayanda o, hətta çölə çıxa bilməyib".

Obrador, "Bəli, baş verənlərə görə çox kədərlənirik, çünki o,qanuni yolla prezidentlik qazandıqdan sonra davamlı qarşıdurmalara və zorakılığa məruz qalıb. Onun rəqibləri, bu ölkənin siyasi iqtisadi elitası onu qəbul etmədilər"-deyə qeyd edib.