Ombudsman Aparatının nümayəndələri İlkin Rüstəmzadə ilə görüşdü

9 İyul 2013 10:14 (UTC+04:00)
Bakı İstintaq Təcridxanasına başçəkmə həyata keçirilib.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında olub və orada saxlanılan İlkin Rüstəmzadə ilə görüşüblər.

İ.Rüstəmzadə saxlanılma şəraiti və müəssisə əməkdaşlarının ona qarşı rəftarından hər hansı şikayətinin olmadığını, ailəsi ilə qanunvericiliyə uyğun olaraq telefon əlaqəsi saxladığını, həmçinin görüşdüyünü, hazırda isə səhhətinin normal olduğunu və həkim tərəfindən ona mütəmadi olaraq tibbi yardım göstərildiyini bildirib.

Ombudsman Aparatının əməkdaşları müəssisə rəhbərliyinə adı çəkilən şəxsin səhhətinin diqqətdə saxlanılmasını tövsiyə ediblər.

AzNews.az