Bəxtiyar Hacıyev həbs olundu - Məhkəmə

9 Dekabr 2022 17:36 (UTC+04:00)

Bəxtiyar Hacıyev barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə baxılıb.

Xətai rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçilib.

Vəkil Aqil Layıc qərardan apellyasiya şikayəti veriləcəyini deyib.

AzNews.az