Futbol üzrə dünya çempionatının final dadında matçı başa çatdı. Argentina penaltilər seriyasında Hollandiyaya qalib gələrək beşinci dəfə Dünya Kubokunun yarımfinalçısı oldu.
Oyunun əsas hissəsində Argentina meydana nəzarət edirdi və 2-0 öndə idi.
Lionel Messinin gözəl ötürməsindən sonra 35 dəqiqədə Nahuel Molina Argentinanı önə keçirmiş, 73-cü dəqiqədə isə dünya futbolonun superstarı penaltidən ikinci qolu vurmuşdu. Stadionda çoxluqda olan Argentina azarkeşləri qələbəyə köklənmişkən Vaut Veqhorstun 83 və 90+11 dəqiqələrində vurduğu möhtəşəm qollarla Hollandiya hesabı bərabərlişdirdi. Yarım saatlıq uzatmada hesab dəyişmədiyindən penalti seriyasına start verildi. 3:4 hesabı ilə penalti seriyasında daha dəqiq zərbələr vurmuş Argentina yarım finala yüksələrək Qətərdə zanbaqları soldurdu.
AzNews.az