Ceyhun Bayramov Belçikaya işgüzar səfərə yola düşüb

11 Dekabr 2022 16:10 (UTC+04:00)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 12-də Brüsseldə keçiriləcək Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak etmək məqsədilə Belçikaya işgüzar səfərə yola düşüb.

Bu barədə Aznews.az-a Xarici İşlər Nazirliyindən bildirilib.

Nazir Ceyhun Bayramovun səfər çərçivəsində ikitərəfli görüşlərinin də keçirilməsi nəzərdə tutulub.