İranda 3 aydır davam edən nümayişlərlə əlaqədar Məşhəd şəhərində "2 milis qüvvəsini (Besiç) öldürmək və 4 nəfəri yaralamaq" ittihamı ilə edam cəzasına məhkum edilən Mecid Rıza Rəhneverd edam edilib.
Aznews.az xəbər verir ki, bu barədə İran Ədliyyəsi məlumat yayıb.
Məlumata görə, nümayişlər zamanı Hüseyn Zeynelzadə və Danyal Rzazadə, İnqilab Keşikçiləri Korpusunun üzvləri Besiç və Danyal Rzazadəni bıçaqla öldürməkdə və 4 nəfəri yaralamaqda ittiham olunan Rəhneverd edam edilib.
Rəhneverdin cəzasının ictimai yerdə icra olunduğu qeydə alınıb.
Mövsüm