300 min dollarlıq qızıl Buddalar oğurlandı

9 İyul 2013 11:03 (UTC+04:00)
Taylandda Şri Sakxon adlı məbəddən 2 qızıl Budda oğurlanıb.

300 il yaşı olan bu Buddaların qiymətinin 300 min dollardan artıq olduğu bildirilir. Çəkisi 60 kiloqradan artıq olan Buddalar bir neçə il öncə Myanmadan Taylandda gətirilib. İstifadəsiz qalan Buddaların kimlər tərəfindən oğurlandığı hələlik bəlli deyil. Hazırda faktla bağlı cinayət işi qaldırılıb.

Tayland hökumətinin verdiyi məlumata görə, Buddaları oğurlayan şəxs ən yaxşı halda ömürlük həbs, ən pis halda isə ölüm cəzasına məhkum ediləcək.

Aynur Hüseynova
AzNews.az