Azərbaycanda cinayətkarlığın yeni növü aşkarlandı

9 İyul 2013 11:13 (UTC+04:00)
Tərtər rayonunda maşın oğruluğu ilə məşğul olan şəxslər saxlanılıb. AzNews.az xəbər verir ki, Tərtər və Naftalan rayon polis şöbələrinin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Tərtər rayonunda məskunalaşan Ağdamdan olan məcburi köçkün Rəsul Nəsibova məxsus VAZ 2106 markalı maşını oğurlayan şəxsləri yaxalayıb. Maşın oğruları Gəncə şəhərində yaşayan Əli İbrahimov və Naftalan sakini Anar Hacıyevdir. Onlar Tərtərdən oğurlandıqları maşının rəngini və dövlət nömürə nişanını dəyişərək, Naftalanda satmaq istəyərkən polis əməkdaşları tərəfindən tutulublar.

İstintaq davam edir və fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.4 maddəsi ilə cinayət işi açılıb.

Ruhiyyə
AzNews.az