"Twitter" bu şuranı ləğv etdi

13 Dekabr 2022 15:38 (UTC+04:00)

"Twitter" sosial şəbəkəsi 2016-cı ildə sosial media platformasına qərarlarında məsləhət vermək üçün yaradılmış və insan haqları təşkilatları və alimlərdən ibarət Etimad və Təhlükəsizlik Şurasını ləğv edib.

Aznews.az bu barədə "Reuters" istinadən xəbər verir.

Şirkətin idarə heyəti üzvlərinə göndərdiyi e-poçtda bildirilib ki, "Twitter" yeni bir mərhələyə qədəm qoyur: "Biz məhsullarımız və siyasətimizi yenidən qiymətləndiririk. Bu kontekstdə Etimad və Təhlükəsizlik Şurasının uyğun bir struktur olmadığına qərar verdik".

Qeyd edək ki, şura "Twitter" idarəçilərinə problemli məzmun və onun istifadəçiləri ilə bağlı verdikləri qərarlar barədə məsləhət vermək üçün yaradılmışdı.

Mövsüm