Avropa İttifaqından tarixi Bosniya və Herseqovina qərarı

13 Dekabr 2022 17:19 (UTC+04:00)

Avropa İttifaqı (Aİ) ölkələri Bosniya və Herseqovinaya “namizəd ölkə” statusunun verilməsini tövsiyə etmək qərarına gəlib.

Aznews.az xəbər verir ki, Qərar Aİ ölkələrinin Avropa məsələləri üzrə məsul nazirlərinin Brüsseldə keçirilən görüşündə açıqlanıb.

Aİ-yə üzv ölkələrin liderlərinin dekabrın 15-də keçiriləcək Aİ Sammitində qərarı təsdiqləyəcəyi gözlənilir.

Mövsüm