Avropa komissarı Yerevana gedir

9 İyul 2013 12:05 (UTC+04:00)
Avropa İttifaqının (Aİ) Genişlənmə və Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle bu gün Yerevana səfər edəcək. Bu barədə Trend Armenia Today-ə istinadən məlumat verir.

Səfər çərçivəsində Fülenin Ermənistan Prezidenti Serj Sarkisyan, Baş nazir Tiqran Sarkisyan, həmçinin hökumət və müxalifət yönlü partiyalarının liderləri, vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirməsi planlaşdırılır.

Aİ-nin Azərbaycandakı missiyasının məlumatına görə, Fülenin Bakıya səfəri nəzərdə tutulmayıb.

AzNews.az