Ben Ladenlə bağlı gizli HESABAT

9 İyul 2013 12:11 (UTC+04:00)
Pakistanın xüsusi təhqiqat komissiyası "Əl- Qaidə" lideri Üsamə Ben Ladenin bu ölkədəki fəaliyyəti ilə bağlı hesabat hazırlayıb.

Hesabata görə, Pakistanda 10 il yaşayan Ben Laden daha əvvəl zərərsizləşdirmək olardı. Ancaq Pakistan rəhbərliyi ona bu ölkədə daha çox yaşaya bilməsi üçün şərait yaradıb.

Hesabatı əldə edən "Al Jazeera"nin məlumatına görə, terroristlərin başçısı bir dəfə hakimiyyətin əlində olub. Belə ki, onu və köməkçisini yol polisi qaydaları pozmağa görə saxlayıb. Ancaq Ben Ladenin köməkçisi polislərlə "dil tapıb" və onlar ərazidən uzaqlaşıblar.

Amerika xüsusi xidmət orqanlarından bu müddət ərzində gizlənməyi bacaran Ben Laden böyük kənarları olan kovboy şlyapası geyinirmiş. Bunun sputnikdən onu müəyyən edə bilməmələri - üzünü gizlətmək məqsədilə edən "Əl Qaidə" uzun müddət istədiyinə nail olub.

Hesabatda yer alan maraqlı məqamlardan biri də terrorçuların liderinin ailəsi və uaşqları ilə bağlı məqamlardır. Uşaqları atalarından evdən niyə çıxmadığını soruşdüqları zaman onlara belə cavab verilib: "O elə kasıbdır ki, heç nə ala bilmir. Ona görə də heç evin yanındakı bazara da getmir". Buna görə də onun qızlarından biri Ben Ladenə "kasıb ata" ləqəbi də qoyub.

Hesabatda Ben Ladenin ölümü ilə bağlı qızları və arvadlarının fikirləri də yer alıb.

Öldürüldüyü 1 may 2011-ci ildə Ben Laden gecəni kiçik arvdının otağında keçirib. Digər arvadları və uşaqlar başqa otaqlarda yatıblar. Səs-küyü eşidən Ben Laden kiçik arvadı və otağa gələn 20 yaşlı iki qızına otağı tərk etməyi tapşırıb. Ancaq qadınlar onun sözünü yerinə yetirməyib və otaqda qalıblar. Onun kiçik arvadı ayağından yaralanıb. Qızı isə atasını öldürən şəxsin üzərinə atılsa da, atasını öldürən şəxsi vura bilməyib.

Elnarə
AzNews.az