Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Bursa Uludağ Universiteti arasında Əməkdaşlıq Protokolu imzalanıb

15 Dekabr 2022 13:09 (UTC+04:00)

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Bursa Uludağ Universiteti arasında Əməkdaşlıq Protokolu imzalanıb.

Protokolu Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu adından prezident Günay Əfəndiyeva, Bursa Uludağ Universiteti adından rektor Ahmet Saim Kılavuz imzalayıblar.

Sənəd Fond və Universitet arasında Türk dövlətlərinin mədəni irsinin təbliğ edilməsi məqsədilə birgə layihələrin həyata keçirilməsi, Universitetin bu istiqamətdə araşdırma aparan tələbələrinə dəstəyin göstərilməsi, Fondun beynəlxalq tədbirlərinə Universitetin akademik heyətinin qatılması kimi maddələri özündə ehtiva edir.

Protokol gələcəkdə Fond və Universitet arasında Türk dünyasının gədim və zəngin mədəni irsinin qorunması və tanıdılması sahəsində əməkdaşlığın daha da genişləndirilməsini nəzərdə tutur.
Qeyd edilməlidir ki, 1975-ci ildə əsası qoyulan Bursa Uludağ Universiteti Türkiyənin ən böyük Təhsil ocaqlarından biridir. Universitet nəzdində 4 institut, 15 fakültə, 3 kollec, 15 peşə məktəbi fəaliyyət göstərir və təhsil müəssisənin 61 000-dən artıq tələbəsi vardı.