Masallıda qəza: 2 ölü, 2 yaralı

9 İyul 2013 12:20 (UTC+04:00)
İyulun 9-na keçən gecə Masallı rayonunun Dənbolov kəndi ərazisində rayon sakini Zaur Əhədlinin idarə etdiyi "Mercedes" markalı və Yardımlı rayon sakini Gündüz Adışovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşub.

AzNews.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, nəticədə Gündüz Adışovun sərnişinlərindən Sabirabad rayon sakini Pərviz Cəfərov hadisə yerində, Gündüz Adışov isə xəstəxanada ölüb.

Sənişinlərdən İmişli rayon sakini Taleh Hüseynov, habelə Zaur Əhədli xəstəxanaya yerləşdiriliblər. Masallı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

AzNews.az