"Diyarbəkirdəki bombalı hücumu lənətləyirəm. Yaralanan polis qardaşlarımıza keçmiş olsun deyir, Uca Allahdan şəfa diləyirəm".
AzNews.az xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ deyib.
O bildirib ki, Türkiyənin terrorla mübarizəsi effektiv və qətiyyətlə davam edəcək: "Ölkəmizin sülh və təhlükəsizliyinə qəsd edənlər bunun cavabını verəcəklər".
Qeyd edək ki, Türkiyənin Diyarbəkir-Mardin magistral yolunda səhər saat 06:00 radələrində çevik polisləri daşıyan xidməti avtomobil keçərkən yol kənarında dayanmış maşın partladılıb. Partlayış nəticəsində 8 polis əməkdaşı və bir mülki şəxs yaralanıb. Onlar nəzarət məqsədilə xəstəxanalara yerləşdiriliblər.
Pərvanə