Dadı və faydaları ilə bəyənilən qidalardan biri olan banan tərkibindəki kalium sayəsində çox güclü enerji qaynağı kimi tanınır. Bu meyvə yatmadan əvvəl yeyildikdə bədəndə görün nələr baş verir?
Məlumdur ki, dünyanın bir çox ölkəsində sevilən meyvələrdən biri olan banan desertlərə də fərqli ab-hava qatır. Səhər yeməyində də yer alan bu zəngin qidanın tərkibində bir çox fərqli vitamin var.
Aznews.az xəbər verir ki, tərkibində bol miqdarda kalium, zülal, manqan və müxtəlif vitaminlər olan banan dərini gözəlləşdirir. Dərisini gözəl, parlaq, canlı və ləkəsiz görmək istəyənlər limonun yanında bananı unutmasınlar. Limon tərkibindəki C vitamini sayəsində dəri və bədən üçün çox faydalıdır. Limon kimi banan da bir çox faydası ilə seçilir. İdman edərkən və ya halsızlıq hiss edərkən banan yemək sizə itirilmiş enerjinizi qaytaracaq. Gecə yatmazdan əvvəl banan yemək bu faydaları ikiqat artıracaq. Lakin onun faydalarından daha çox yararlanmaq üçün həddindən artıq yeməyin. Bu, gecə yatarkən sizi narahat edə bilər. Odur ki, gecə yatmazdan əvvəl bir banan yemək kifayət edər. Tərkibindəki zəngin kalium və maqnezium sayəsində banan əzələləri rahatladır və rahat yatmağınıza kömək edir. Eyni zamanda, ertəsi gün bədəni daha güclü edir.
Nuray
AzNews.az