Badımcan saplağının faydaları ortaya çıxdı

17 Dekabr 2022 09:30 (UTC+04:00)

Yay-qış istifadə edilən badımcanın saplağının bilmədiyimiz faydaları ortaya çıxıb. Mütəxəssislər insanların kəsib atdığı badımcan saplağının faydalarını aşkar ediblər. Belə ki, bu tərəvəzin saplağında zəngin vitamin və minerallar var ki, bu da bizi xəstəliklərə qarşı qoruyur.

Aznews.az xəbər verir ki, tərkibində A, B1, B2 və C vitaminləri olan badımcan saplağı hemoroid, dəri və saç sağlamlığı kimi problemləri aradan qaldırmağa kömək edir, hətta immunitet sistemimizi gücləndirir. A və B1 vitaminləri sayəsində göz sağlamlığına yardım edən badımcan saplağı, lifli quruluşu sayəsində həzm sistemimizin nizamlı işləməsini dəstəkləyir.

Onun tərkibindəki C vitamini dəriyə parlaqlıq verir və tənəffüs xəstəliklərindən qoruyur. Təbii nikotin isə siqareti tərgitmək istəyənlərdə rahatlığı təmin edir. İspanaqdan sonra ən zəngin dəmir tərkibli tərəvəz olan badımcan saplağı yorğunluğu aradan qaldırır və dəmirin udulmasını artırır. İnsulin müqavimətini balanslaşdırır.

Antioksidant quruluşla zəngin olduğu üçün bədənimizdəki toksinlərin atılmasını asanlaşdırır.

Bu saplaqlardan faydalı bir içki hazırlayıb qəbul edə bilərsiniz. Bu müalicəni tətbiq edərkən nəzərə alınmalı bir neçə məqam var. 5 günlük müddətində bulqur, pomidor, turşu, sirkə, mayalı və ədviyyatlı (çili, isot və acı bibər) qidalardan uzaq durmaq lazımdır. Çünki bu qidalar hemoroid kimi xəstəliklərə səbəb ola bilər.

İçkinin hazırlanması:

10 badımcan saplağı, 12 stəkan su, 1/2 çay qaşığı limon suyu, 1 çay qaşığı duz.

Badımcan saplaqları bir qazana qoyulduqdan sonra digər inqrediyentlər əlavə edilir. Qaynayana qədər ocaqda saxlayın. Qazanın qapağı qətiyyən açılmamalıdır. Hətta içkini soyutmaq üçün də qapağı açmayın. Soyuyandan sonra soyuducuda saxlaya bilərsiniz. İçki 5 gün boyunca səhər və axşam acqarına qəbul edilir.

Nuray

AzNews.az