Bakıda mehmanxana yanır

9 İyul 2013 13:17 (UTC+04:00)
Bakıda istifadəsiz mehmanxana binasında yanğın başlayıb.

APA-nın məlumatına görə, hadisə Xətai prospekti ilə Nurəddin Süleymanov küçəsinin kəsişməsində yerləşən "Qarabağ" mehmanxanasında qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.

AzNews.az