Təyyarə sərnişinləri SpaceX-in Falcon 9-u buraxılışını izləyiblər

19 Dekabr 2022 11:53 (UTC+04:00)

Dekabrın 16-sı ABŞ-nin Florida ştatındakı Kanaveral burnunun qarşısından keçən təyyarədə olan sərnişinlər bilmədən SpaceX raketinin buraxılışını izləmək imkanı əldə ediblər.

Aznews.az xəbər verir ki, bu təyyarədə sərnişin olan "TikTok istifadəçisi" "@chefpinkpr" həmin anın videosunu paylaşıb.

Adətən yemək məzmunu dərc edən "TikTok" istifadəçisi videoda şərh olaraq yazıb: "Mənim təyyarəm Kanaveral burnunun yanından uçurdu və bu, SpaceX Falcon 9-un buraxılışı ilə eyni vaxta düşdü!"

Mövsüm