Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Bolqarıstan parlamentinin sədri Vejdi Rəşidovla görüşüb.
AzNews.az xəbər verir ki, Şentop Rəşidovun türk əsilli bir şəxs kimi Bolqarıstan tarixində ilk dəfə parlament sədri seçilməsindən son dərəcə qürur duyduqlarını və ilk ikitərəfli rəsmi səfərini Türkiyəyə etdiyini bildirib.
“Balkan əsilli bir türk olaraq şəxsən buna sevindiyimi bölüşmək istərdim. Onun Assambleyanın sədri vəzifəsinə seçilməsi həm də hər iki ölkə arasında münasibətlərin inkişafı üçün mühüm imkan yaradır. Onun ötən illərdə yüksək qiymətləndirdiyimiz şəxsi səylərini nəzərə alaraq Türkiyə ilə Bolqarıstan arasında ikitərəfli və parlamentlərarası əlaqələrin inkişafında bundan sonra da mühüm rol oynayacağına ürəkdən inanıram", - deyə Şentop vurğulayıb.
Pərvanə