Kanada Haitinin keçmiş nazirlərinə sanksiya tətbiq edəcək

21 Dekabr 2022 13:27 (UTC+04:00)

Kanada Haitinin keçmiş ədliyyə naziri Berto Dorse və daxili işlər naziri Liszt Quitelə korrupsiya, o cümlədən çirkli pulların yuyulması ilə bağlı sanksiya tətbiq etmək qərarına gəlib.

Aznews.az xəbər verir ki, Kanada Xarici İşlər Naziri Melani Coli verdiyi açıqlamada, "Kanadanın Haitidəki bu şəxslərin səlahiyyətlərindən istifadə edərək qanunsuz bizneslə məşğul olmaq və silahlı dəstələrini qorumaq üçün müxtəlif korrupsiya formaları, o cümlədən çirkli pulların yuyulması ilə məşğul olmaq üçün yaxşı səbəbləri var" -deyə qeyd edib.

Berto Dorce və Liszt Quitelin Kanadada fərdlər və qurumlarla iş görmələrinin qadağan edildiyini bildirən Melani Coli keçmiş nazirləri silahlı dəstələrə yardım etməkdə günahlandırıb.

Melani Coli ikilinin Kanadadakı bütün aktivlərinin dondurulduğu barədə məlumat paylaşıb.

Mövsüm