Rusiya Xarici İşlər Naziri Sergey Lavrovdan Türkiyə açıqlaması

21 Dekabr 2022 17:06 (UTC+04:00)

“Qaz paylama mərkəzi üçün Ankara və digər həmsöhbətlərimizlə danışıqlar aparırıq”

Aznews.az xəbər verir ki,bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) 45-ci Xarici İşlər Nazirləri Zirvəsinə videomüraciəti zamanı deyib.

"Ölkəmiz Qara dəniz regionunun iqtisadi potensialının gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir. Avropa İttifaqından heç kimin araşdırmadığı şimal axını boru kəmərlərinin təxribatı ilə əlaqədar şimaldan Rusiya qazının nəqli dayanıb. Bu şərtlərlə əlaqədar bütün alıcıları Qara dəniz vasitəsilə təmin edirik"-deyə o, qeyd edib.

Mövsüm