Xalq artisti prezidentə məktub yazdı

9 İyul 2013 15:23 (UTC+04:00)
Azərbaycanın xalq artisti Cəfər Namiq Kamal prezident İlham Əliyevə məktub yazıb. Modern.az-ın məlumatına görə, Xalq artisti ölkə başçısına ona göstərdiyi diqqətə görə təşəkkürünü bildirib:

"Azərbaycanda peşəkar teatrın yaradılmasının 140 illik yubileyi ilə əlaqədar məni "Xalq Artisti" fəxri adına layiq gördüyünüzə görə Sizə təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Sizin atanız, ulu öndər Heydər Əliyev Elçinin "Ah Paris, Paris" tamaşasında oynadığım A.Eynşteyn obrazına görə məni "Əməkdar Artist" fəxri adına layiq görmüşdü. Allah ona rəhmət eləsin!

Atanızın əməllərinin layiqli davamçısı olaraq mənim yaradıcılığımı yüksək qiymətləndirdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Mən və sənət dostlarım Sizi Azərbaycan Respublikasının Prezidentliyinə yeganə və alternativsiz namizəd hesab edir, qarşıdan gələn prezident seçkilərində uğurlar arzulayırıq. Sizə uzun ömür, cansağlığı və ailə səadəti diləyirəm"-deyə Cəfər Namiq Kamal bildirib.

AzNews.az