Tbilisi prospekti daha 3 gün bağlı olacaq - Foto

9 İyul 2013 15:53 (UTC+04:00)
İyulun 8-dən etdibərən təmir işləri ilə əlaqədar Tbilisi prospektinin A.Salamzadə küçəsi ilə kəsişməsindən Ş.Mehdiyev küçəsi ilə kəsişməsinədək olan hissəsinin bağlanması paytaxtda nəqliyyatın hərəkətini tamamilə iflic edib. "Yeni Müsavat"ın məlumatına görə, prospektin sözügedən hissəsində yolun bağlanması ucu-bucağı görünməyən tıxaca səbəb olub.

Yolun təmiri ilə məşğul olan "Azeryolservis"çalışanları bildiriblər ki, prospektin bu hissəsinin 3-4 gün bağlı qalacağı gözlənilir. Qeyd edək ki, Tbilisi prospektinin bağlanması Bakının mərkəzi prospektlərinə təsirsiz ötüşməyib. Hazırda Bakının Neftçilər, Azadlıq və Heydər Əliyev kimi böyük prospektlərində nəqliyyatın sıxlığı müşahidə edilir.

AzNews.az