Cüneyt Arkının sosial media hesabından edilən paylaşım izləyicilərini ağlatdı

23 Dekabr 2022 17:54 (UTC+04:00)

"Yeşilçam" filmlərinin ustadlarından olan Cüneyt Arkının sosial media hesabından edilən paylaşım izləyicilərini kədərləndirib. Onlar hətta gözyaşlarını belə saxlaya bilməyib.

Aznews.az Türkiyə mediasına istinadla xəbər verir ki, paylaşımda Cüneyt Arkın və həyat yoldaşı Betül Arkının şəkli yer alıb və Betül Arkın "İndi xəyallarıma sarılıram",- deyə qeyd edib.

Xatırladaq ki, sevilən əfsanə sənətkar Cüneyt Arkın 28 iyun 2022-ci ildə vəfat edib.

İnstaqramdakı paylaşıma şərhlər və bəyənmələr gəlib. Həmin şərhlərdən bəzilərini təqdim edirik;

"Uşaqlığımın qəhrəmanı böyüyəndə səni görmək, səninlə danışmaq tək arzum idi, amma imkanım olmadı, məkanın cənnət olsun, Deniz Gözlü".

"ƏFSANƏLƏR HEÇ ÖLMƏZ! CÜNEYT BƏYİN YERİNİ HEÇ KİM DOLDURMAZ!!!"

Nuray

AzNews.az