Yaşayış binasının damında silah-sursat tapıldı- Gəncədə

9 İyul 2013 16:08 (UTC+04:00)
Gəncədə dam örtüyü dəyişdirilən binanın çardağında sursat aşkarlanıb.

APA-nın qərb bürosunun məlumatına görə, şəhərin Dədə Qorqud küçəsində yerləşən 3 saylı binanın dam örtüyünü dəyişən tikinti şirkəti işçiləri çardaqda sarı rəngdə torba aşkarlayıblar. Torbanın içinə baxış keçirilərkən orada xeyli sayda patron və əl qumbarası aşkar edilib. Dərhal bu barədə polisə məlumat verilib.

Hadisə yerinə əməliyyat qrupu gəlib. Torbanın içərisində 6 ədəd 5.45 kalibrli, 22 ədəd 7.62 kalibrli, 9 ədəd ov tüfənginin gülləsi və bir ədəd F-1 əl qumbarası aşkar edilərək götürülüb. Faktla bağlı Kəpəz rayon Polis İdarəsində araşdırma aparılır.

AzNews.az