Putinin oxşarı - məşhur idmançı Bakıya gəldi - FOTO

9 İyul 2013 19:07 (UTC+04:00)
Olimpiya çempionu doğum gününü Bakıda qeyd etdi

1996-cı il Atlanta Olimpiya oyunlarının qızıl, 2000-ci il Sidney olimpiya oyunlarının bürünc, 4 qat Avropa, Fransa Qran-Pri kubokunun sahibi və bir neçə dəfə Rusiya çempionu olmuş yüngül atletika üzrə idman ustası Yevgeni Podqornı Bakıya qonaq gəlib.

AzNews.az-a daxil olan məlumata görə, Rusiya prezidenti Vladimir Putinə hədsiz bənzərliyi ilə də tanınan populyar gimnast Bakıda doğum gününü qeyd edir. O, burada dostu İlyas Xəlilovun qonağıdır.
Qeyd edək ki, 1977-ci il təvəllüdlü idmançı 2005-ci ildən etibarən həm də Novosibirsk vilayətinin deputatlar şurasındakı qanunverici qurumun deputatı vəzifəsini yerinə yetirir. Həmçinin, o, Novosibirsk Şəhər İctimai Fondunun sosial dəstək sektorunun ümumi işlər üzrə prezidentidir.

Yevgeni Podqornı Rusiyada təkcə bu ölkəyə qazandırdığı medallara görə yox, həm də dövlət başçısı V.Putinə bənzərliyinə görə məşhurdur. O, bu oxşarlığına görə həm də Putinin sevimli idmançıları arasındadır və onunla şəxsi dostluq münasibətləri var.

Aynur Hüseynova
AzNews.az