Ünsiyyət qurmaq üçün üz ifadələrindən istifadə etsək də, yeni araşdırmalar göstərdi ki, üz ifadələrini oxumaq digər insanın nə düşündüyünü göstərmək üçün yanıldıcı bir yol ola bilər.
Aznews.az xəbər verir ki, “The Washington Post” qəzetində çıxan xəbərə görə, araşdırmanın təşkilatçılarından Nikol Binetti “Bir çox insanlar başqalarının kədərləndiyi, sevindiyi və ya qəzəbləndiyi zaman üz ifadələrindən anlaya bildiklərini düşünür. Biz bunun heç də həmişə belə olmadığını görürük”.
Tədqiqatçılar 336 nəfərin üz ifadələrini təsvir etməkdə razı olub-olmadığını araşdırıblar. Genetik alqoritm aləti hazırlayan alimlər iştirakçılardan “xoşbəxtlik, qəzəb, kədər, qorxu” kimi vəziyyətlərdə üz ifadələrini necə düşündüklərini çəkmələrini istəyiblər.
İştirakçıların fikirləri arasında ümumi cəhətlər olsa da, hər bir insanın mimika və hisslər haqqında fərqli təsəvvürlərə malik olduğu görülüb. Xüsusilə qorxu və kədər ifadələrinin bir-birinə qarışdırılıb.
Tədqiqatçılar mədəni fərqlərin üz ifadələrində və emosional simptomlarda da rol oynaya biləcəyini bildiriblər. Bildirilib ki, hər bir mədəniyyətin bədən dili fərqli ola bildiyi kimi, üz ifadələri də fərqli ola bilər.
Mövsüm