İrandakı britaniyalılara "ölkəni tərk edin" çağırışı

27 Dekabr 2022 14:16 (UTC+04:00)

İranda ikili vətəndaşlığı olanlar da daxil olmaqla “Britaniya əlaqələri” olan 7 şübhəli həbs edilib.

Aznews.az xəbər verir ki, Britaniya parlamentinin deputatı Alisa Kirns bildirib ki, İran rejim əleyhinə tüğyan edən etirazlara görə günahı xarici qüvvələrin üzərinə atmaq üçün həbs edib.

Alisa Kirns bütün qərbliləri bu ölkəni mümkün qədər təhlükəsiz tərk etməyə çağırıb.

Sözügedən 7 nəfərin “Zaqros” kod adlı qrupun üzvləri olduğu və Kirman vilayətində həbs edildiyi açıqlanıb.

Mövsüm