30 yaşlı qadın həyacanlı anlar yaşatdı- Bakıda

9 İyul 2013 21:19 (UTC+04:00)
Bu gün axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində bir qadın intihara cəhd edib.

AzNews.az-ın Fövqaladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 1983-cü il təvəllüdlü qadın intihar etmək məqsədi ilə adıçəkilən ünvanda 12 mərtəbəli binanın blok hissəsində pilləkən meydançasına açılan pəncərəyə çıxıb.

Xilasedicilər qadınla aparılan danışıqlar zamanı yaranmış əlverişli şəraitdən istifadə edərək intiharın qarşısını alıblar.

AzNews.az