Süleyman Neymətov Naxçıvanın daxili işlər naziri təyin edilib

28 Dekabr 2022 20:57 (UTC+04:00)

Süleyman Əsgər oğlu Neymətov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilib.

Aznews.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov dekabrın 28-də bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, polis polkovniki Süleyman Neymətov bu təyinatadək Bakının Suraxanı Rayon Polis İdarəsinin rəisi vəzifəsində xidmət edirdi.