Surqut bazarında azərbaycanlılar saxlanıldı - VİDEO

10 İyul 2013 08:50 (UTC+04:00)
Rusiya Federal Təhlükəsizlik Xidməti Surqut şəhərindəki "Askaniya" topdansatış bazarında xüsusi əməliyyat keçirib.

Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bazarda çalışan Tacikistan, Özbəkistan, Azərbaycan və Qırğızıstan vətəndaşları saxlanılıblar.

Yoxlamaya səbəb isə burda çalışan miqrantların "Hizbut Təhrir əl-İslam" terror təşkilatı ilə əlaqəli olduğu barədə gələn məlumatlar olub.

Bazarda yoxlamalar zamanı Rusiyada ekstremist materiallar siyahısında yer alan və ölkəyə gətirilməsinə qadağa qoyulan çoxlu sayda kitab, çoxlu sayda disklər və broşurlar da tapılıb.



AzNews.az