Xanım bəstəkarımız Ərdoğana əsər yazdı – Video
10 İyul 2013 09:22 (UTC+04:00)
"Ərdoğana qarşı Türkiyədə baş verən hadisələr məni çox sarsıtdı"
Azərbaycanlı bəstəkar Sevinc Tofiqqızı Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana kompozisiya bəstələyib.
Bu barədə "Qafqazinfo"ya açıqlama verən xanım bəstəkar Ərdoğana bəstələdiyi kompozisiya haqqında danışıb: "Mən Rəcəb Tayyib Ərdoğanın Türkiyə üçün görüdüyü işləri dəyərləndirirəm. Mənim ona kompozisiya bəstələməyim təsadüfü deyil. Bu yaxınlarda Ərdoğana qarşı Türkiyədə baş verən hadisələr məni çox sarsıtdı. Buna görə də ona gözəl bir kompozisiya həsr etdim. Artıq TRT kanalı bu haqda süjet də hazırladılar. Kompozisiyamı diskdə Ərdoğanın çıxışlarından ibarət video roliklərin üzərində qurmuşam. Yəni klip kimi gözəl bir görüntü olub. Mən bu işi özümü reklam üçün etməmişəm. Sadəcə, bu mənim ürəyimin səsi idi. Bəstakar insanlar bəzi mövzularda çox həssas olurlar. Mən istəmirəm ki, Ərdoğana qarşı haqısızlıq etsinlər".
AzNews.az