İkinci arvadının toyuqlarını satıb birinciyə hədiyyə aldı

10 İyul 2013 10:48 (UTC+04:00)
Türkiyənin Adana bölgəsində ikiarvadlılığın yaratdığı daha bir ailə faciəsi baş verib.

U.M. adlı şəxs N.M. adlı qadınla evləndikdən sonra Gülizar B. ilə də dini nikah bağlayıb. Gülizar B. 30 toyuq alaraq dini nikahlı əri ilə birlikdə yaşadığı evin birinci mərtəbəsində saxlamağa başlayıb.

U.M isə həmin toyuqları gizlincə sataraq rəsmi nikahlı arvadına hədiyyə alıb. Beləliklə də ailədə narazılıqlar yaranıb. U.M. dini nikahlı xanımı Gülizar B-yi döyərərk xəstəxanalıq edib. Qadın polisə şikayət etdikdən sonra polis araşdırmaya başlayıb.

Xatirə
AzNews.az