Türkiyə parlamentində kuryoz olay - VİDEO

10 İyul 2013 10:48 (UTC+04:00)
Türkiyə Böyük Millət Məclisində kuryoz olay yaşanıb.

AzNews.az-ın Türkiyə medasına istinadən xəbərinə görə, parlamentin əsas partiyası olan AKP-li deputatların səhiyyə işçiləri ilə bağlı irəli sürdükləri qanunun səsverməsi zamanı TBMM-də gülməli vəziyyət yaşanıb.

Belə ki, CHP-li deputatların qaldırdıqları bütün qanun layihələrinin əleyhinə səs verən AKP-li deputatlar səhiyyə işçiləri ilə bağlı qanunun səsverməsi zamanı ana müxalifət təmsilçilərinin qanunun lehinə səs verdiklərini görüblər. Bu vəziyyətdən çaş-baş hala düşən iqtidar millət vəkilləri yekdilliklə özlərinin qaldırdıqları qərarın əleyhinə səs veriblər. AKP üzvləri elə bilib ki, qeyd edilən qanun CHP-li deputatlar tərəfindən hazırlandığı üçün onlar bunun lehinə səs verirlər.

Gerçək məlum olduqda isə artıq iş-işdən keçmiş və qanunun qəbulu rədd edilmişdi.



Anar
AzNews.az