Özünü 9-cu mərtəbədən atmaq istəyən şəxs xilas edildi

10 İyul 2013 11:23 (UTC+04:00)
Bakıda naməlum kişi intihara cəhd edib.

Bu dəqiqələrdə intihar etmək istəyən şəxs özünü eyvandan aşağı atsa da onun həyatını xilas etmək mümkün olub.

Moderator.az əməkdaşının hadisə yerində olan əməkdaşı xəbər verir ki, FHN-nin xüsusi risqli xilasedicisi Haşımov Yusif havadaykən intihar etmək istəyən adamı tutub və onun həyatını xilas edib. Hələlik, bu şəxsin hansı səbəbdən özünü öldürmək istədiyi bəlli deyil. Məsələylə bağlı araşdırma aparılır.

İntihara cəhd edən şəxs yaxalandıqdan sonra "məni öldürməyin", "döyməyin məni" kimi sözlərlə FHN xilasedicilərinə yalvarırdı.

***12:55

Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə "Üç Tac" yaşayış binaları kimi tanınan ərazidə qeydə alınıb. Şəxsiyyəti hələlik məlum olmayan bir nəfər həmin binalardan birinin 9-cu mərtəbəsindən özünü atmaq istəyib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib.

Hazırda intihara cəhd edən şəxslə danışıqlar aparılır. Hələlik onu fikrindən daşındırmaq mümkün olmayıb.

AzNews.az