Bakı metrosunda qatar vuran şəxs Türkiyə vətəndaşıdır

10 İyul 2013 11:45 (UTC+04:00)
Bakı metrosunda qatar vuran şəxsin adı açıqlanıb.

AzNews.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 8-də saat 23.55 radələrində metronun "28 May" stansiyasında Slavyan Universitetinin tələbəsi, Türkiyə vətəndaşı Uslu Abdulkərim qatar gözləyərkən hüdud xəttini keçdiyindən stansiyaya daxil olan qatarın yan güzgüsü onun baş nahiyəsinə dəyib. Uslu Abdulkərimə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

AzNews.az