Misirin yeni baş prokuroru təyin edildi

10 İyul 2013 14:53 (UTC+04:00)
Misirin Ali Məhkəmə Şurası Hişam Barakatı ölkənin yeni baş prokuroru təyin edib. Bu barədə Trend "əl-Youm əs-Sabiyə" qəzetinə istinadən məlumat verir.

Misirin keçmiş baş prokuroru Abdel Məcid Məhəmməd dünən rəsmən istefa verib.

Qeyd edək ki, ötən çərşənbə günü Misir hərbçiləri Konstitusiyanın fəaliyyətini dayandırıb, Prezident Məhəmməd Mursini hakimiyyətdən uzaqlaşdırıb və növbədənkənar ölkə prezidenti seçkilərinin keçiriləcəyinə dair söz veriblər.

Misir islamçıları isə bu qərarı tanımır və qanuni şəkildə seçilən Prezidentin yenidən hakimiyyətə qaytarılmasını tələb edirlər.

AzNews.az