İki partiya arasında silahlı qarşıdurama : 12 ölü
10 İyul 2013 18:01 (UTC+04:00)
Əfqanıstanın Meydan Vardak vilayətində Taliban və İslam Partiyası arasında silahlı qarşıdurma baş verib. Qarşıdurma nəticəsində 10 Taliban və 2 İslam Partiyası üzvünün öldüyü bildirilir. Əfqanıstan Təhlükəsizlik qüvvələrinin müdaxiləsindən sonra atışmanı dayandırmaq mümkün olub.
Əfqanıstan Daxili İşlər Nazirliyinin açıqlamasına görə, bir çox vilayətdə keçirilən əməliyyatlar zamanı 24 talibançı öldürülüb, 9 talibançı isə yaralanıb.
Elman
AzNews.az