Pakistan prezidentinin təhlükəsizlik xidmətinin rəisi öldürüldü

10 İyul 2013 19:23 (UTC+04:00)
Pakistan prezidenti Asif Ali Zardarinin təhlükəsizlik xidmətinin rəisi Bilal Sheikh Karaçi şəhərində öldürülüb.

Polisin məlumatına görə, o, maşınını saxladıb meyvə alarkən öldürülüb.Partlayış nəticəsində onun sürücüsü və satıcı da ölüb.Hücumu intiharçı törədib.

Qeyd edək ki, ona ötən il də sui-qəsd edilmişdi (azadliq.org).

AzNews.az