Estoniya Azərbaycanda terror təhlükəsinə aydınlıq gətirdi

10 İyul 2013 21:50 (UTC+04:00)
Estoniyanın Xarici İşlər Nazirliyi Azərbaycanda terror hadisələrinin gözlənildiyi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Nazirlik rəsmisi Marian Sudakov ölkə vətəndaşlarını Azərbaycana səfər etməkdən çəkinməyə çağıran bəyanatı şərh edib.

Ölkənin xarici siyasət idarəsinin mətbuat xidmətinin rəhbəri olan Marian Sudakov bildirib ki, Azərbaycan dedikdə Dağlıq Qarabağ bölgəsi nəzərdə tutulub :"Nazirlik məsləhət görür ki, vətəndaşlar zəruri ehtiyac olmadan Dağlıq Qarabağ regionuna səfər etməsinlər. Azərbaycan isə ümumilikdə səyahət üçün təhlükəli ölkə hesab edilmir".

Xatırladaq ki, bu gün Estoniya mətbuatI XİN-in Azərbaycanda terror hadisələrinin gözlənildiyini əsas gətirərək vətəndaşları bura səyahət etməməyə çağırması barədə məlumat yaymışdı.

Elnarə
AzNews.az