“Əgər mən ölsəm...”- MESAJ

11 İyul 2013 08:19 (UTC+04:00)
İmralı həbsxanasında saxlanılan PKK lideri Abdullah Öcalan Türkiyə hökumətinə yeni mesaj göndərib.

Onun mesajını millət vəkili Səlahəttin Dəmirtaş çatdırıb.

Öcalan "Anlaşmanın mərkəzində mən varam, müraciəti mən eləmişəm. Bu məsələ həllini tamamilə tapmadan ürəyim dayansa, əgər mən ölsəm, nə olacaq?" deyə soruşub.

Demirtaşın sözlərinə görə, Öcalan səhhəttindəki problemləri tez-tez dilə gətirməklə təkcə özünü düşünmür, həm də kürd silahlılarının geri çəkilməsi üçün əldə edilən razılaşmanın sonrakı taleyini düşünür.

Elnarə
AzNews.az