TQDK-dan imtahan açıqlaması

11 İyul 2013 08:32 (UTC+04:00)


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası abituriyentlərin və valideynlərin rahatlığını təmin etmək məqsədilə bu il ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək bölgələrin sayını artırıb. TQDK-dan verilən məlumata görə, bu ila rtıq 11 rayon və şəhərdə qaəbul imtahanlarını keçirilməsi üçün mrkəzlər yaradılıb.

Ümumi təhsil müəssisələrinin cari il məzunları qəbul imtahanını bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhərin (rayonun) aid olduğu imtahan mərkəzində verəcəklər. Digər abituriyentlər isə qəbul imtahanını elektron ərizələrində qeyd etdikləri faktiki yaşayış yerinin – şəhərin (rayonun) aid olduğu imtahan mərkəzində verəcəklər.

İşğal altında olan rayonların cari il məzunları qəbul imtahanına bitirdikləri məktəblərin yerləşdiyi əraziyə uyğun olan imtahan mərkəzində, əvvəlki illərin məzunları isə yaşadıqları və ya qeydiyyatda olduqları əraziyə uyğun olan mərkəzlərəd qatılacaq.

Abituriyent qəbul imtahanına bir neçə gün qalmış TQDK-nın internet səhifəsindən "İmtahana buraxılış vərəqəsi"ni çap etməlidir. "İmtahana buraxılış vərəqəsi"ndə imtahan mərkəzi, imtahan binası, zal, yer, imtahanın tarixi və başlanma vaxtı haqqında məlumatlar göstərilib.

Ali təhsil müəssisələrinə qəbul imtahanları aşağıda göstərilən tarixlərdə keçiriləcəkdir.

III ixtisas qrupu – 14 iyul 2013-cü il
I ixtisas qrupu – 21 iyul 2013-cü il
IV ixtisas qrupu – 28 iyul 2013-cü il
II ixtisas qrupu – 3 avqust 2013-cü il

Elnarə
AzNews.az