Qərb regionunda yeni körpü istifadəyə veriləcək - FOTO

11 İyul 2013 10:00 (UTC+04:00)
Şəmkir-Gədəbəy avtomobil yolunun 42-ci kilometrliyində Çolpançay üzərindəki körpünun tikintisi başa çatmaq üzrədir. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Körpunun uzunluğu 96 metr, eni 14 metrdir. Yolun hər iki tərəfində 1,25 metr səkilər olacaq.

Hazırda yamaclarda betonlama işləri və körpünün giriş və çıxışlarının hazırlanması işləri gedir. Yaxın günlərdə körpünün üst hissəsində asfalt beton örtüyünün salınması işlərinə başlanılacaq.

Svay özüllər üzərində inşa olunan yeni körpünün tikintisi yaxın günlərdə başa çatdırılacaq.

AzNews.az